Goranboy rayonununda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un məlumatına görə, Saflkürd kəndində “Mercedes” markalı avtomobilin digər minik avtomobililə toqquşması nəticəsində 1956-cı il təvəllüdlü G.Aslanova və azyaşlı nəvəsi xəsarət alıb.
Yaralılar xəstəxanaya aparılıb, vəziyyətləri normal qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az