Qazaxda avtomobil sərxoş piyadanı vuraraq öldürüb

Cəmiyyət


Qazaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, bu gün 20:30 radələrində Qazax rayon Daş Salahlı kəndi ərazisində piyada Təvəkkül Musayev sərxoş halda yolu keçmək istəyərkən hərəkətdə olan VAZ-21099 markalı avtomobilin yan güzgüsünə dəyib, sonra arxadan gələn Mercedes markalı avtomobil tərəfindən vurulub.

Nəticədə piyada hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

www.102info.az