Bir yaş yeddi aylıq Raulun sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Dünya Hüseynova məlumat verib.
O bildirib ki, övladı anadan gəlmə epilepsiya xəstəliyindən əziyyət çəkir.
“Raul 2022-ci ilin may ayında dünyaya gəlib. Anadan olandan onun epileptik olduğunu öyrəndik. Həmin gündən də bizim üçün ağır günlər başladı. İmkanımız olmadığından uşağın bütün müalicələrini vaxtı-vaxtında edə bilmədik. İndi isə Raulun gün ərzində 5-6 dəfə epilepsiyası tutur. Hər dəfə epilepsiyası tutanda inanın onu geri qaytara bilməyəcəm deyə çox qorxuram. İnanın bir qarnı tox, bir qarnı ac uşaq böyüdürəm. Günlərlə yemək bişirməyə ərazağımız olmur, qonşular verir. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirəm”
Kart nömrəsi: 5522 0993 5719 0784
Ailə ilə əlaqə: (055) 363-89-23
www.102info.az