Bədəni yanan Sərxanın anası: “Bint almağa belə pulum qalmayıb” – FOTO

Cəmiyyət


 Səkkiz yaşlı Sərxanın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Zeynəb İmamquliyeva məlumat verib.

Bildirilib ki, övladı bir ay əvvəl evdə qaz balonunun parlaması nəticəsində yanıb.

“Sərxanın səkkiz yaşı var. Bir ay əvvəl dərsdən gələndə özünə yemək qızdırmaq istəyib. Necə olubsa, qaz balonu partlayıb. Qolları, ayaqları, üzü yanıb. Hadisədən dərhal sonra Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Sərxan orada dəriköçürmə əməliyyatı keçirdi. Hazırda dərmanlarını, mazlarını almaq üçün imkanımız yoxdur. İnanın bint almağa belə pulum qalmayıb. Yaraları suluq edir, ağrı verir. Mazları və dərmanlarını almaq üçün 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirəm”

Ailə ilə əlaqə: (055) 982-76-26

Kart: 4169 7388 7731 6020

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir