Nazir müavini: “Laçın və Şuşanın nəqliyyat planları hazırdır”

Cəmiyyət


“Regionların inkişafı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin diqqətindədir”. 

Oxu.Az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün keçirilən Azərbaycanda Mobilliyin Transformasiyası Proqramının təqdimatında çıxışı zamanı deyib. 

R.Hümmətovun sözlərinə görə, digər regionların da nəqliyyat planları hazırlanıb: 

“Bütün şəhərlər üzrə nəqliyyat planları hazırlanır. Artıq Laçının nəqliyyat planı hazırdır. Həmçinin Laçın-Zabux marşrutunun planı da hazırdır. Bu baxımdan eyni addım Şuşa üçün də atılıb”. 

Nazir müavini son günlər gömrük-keçid məntəqələrində TIR-ların sıxlığına da münasibət bildirib: 

“Son illər ölkəmizə məxsus yükdaşıyan nəqliyyat vasitələrinin sayı kəskin artıb. Əgər əvvəl cəmi 2000 yükdaşıyan nəqliyyat vasitəsi var idisə, bu gün bu rəqəm 12 600-a çatıb. Gömrük-keçid məntəqələrinin genişləndirilməsi gündəmdədir və bu istiqamətdə də addımlar atılır. Amma bu, sinxron şəkildə olmalıdır. Belə ki, Azərbaycanla Gürcüstan sərhədində yük maşınlarının nizamlanmasına baxanda bu ölkənin Türkiyə və digər ölkələrlə sərhədindəki mənzərəni də nəzərə almaq lazımdır”. 

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir