Azərbaycanda heyvanların sayı niyə azalıb? – AÇIQLAMA

Cəmiyyət


“Təkcə qoyunlar deyil, iribuynuzlu heyvanların da sayında azalma var. Son rəqəmlər onu göstərir ki, heyvanların sayında cari ildə dürüstləşmə aparılıb. Hesab edirəm ki, bu rəqəmlər bir ildə azalmayıb, sadəcə, əvvəlki illərdə düzgün aparılmayan uçotun nəticəsidir”.

Bunu “Qaynarinfo”ya açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimov deyib.

Ekspert xırdabuynuzlu heyvanları saxlamaq üçün xeyli problemlərin olduğuna diqqət çəkib:

“Birincisi, örüş ərazilərində olan çətinliklər. Son iqlim dəyişikliyi ilə bağlı ot örtüyü kifayət qədər bərbad vəziyyətdədir və bu, heyvanların bəslənməsi üçün yetərli deyil. Əlavə olaq yataq və örüş ərazilərində suyun lazımı səviyyədə olmaması ciddi problemlər yaradır”.

Cəfər İbrahimov qeyd edib ki, bu sahədə son illərdə müsbət tendensiya müşahidə edilir:

“İşağldan azad edilən yaylaq ərazilərinin açılması, xüsusi ilə Kəlbəcər, Laçın və sairə rayonlarda örüş sahələrinin açılması növbəti ildə müsbət stimul olacaq”.

Qeyd edək ki, 2023-cü ilin xırdabuynuzlu heyvanların statistikası açıqlanıb. 2022-ci ilin noyabr ayında ölkədə 7 milyon 928,4 min baş xırdabuynuzlu heyvan olubsa, 2023-cü ilin noyabr ayında bu rəqəm 7 milyon 223,2 minə düşüb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir