Şirvan şəhərində baş verən yol-nəqliyyat hadisəsində altı nəfər xəsarət alıb.
“Report”un Aran bürosunun məlumatına görə, avtomobillərin toqquşması nəticəsində Şirvan şəhər sakinləri, 2001-ci il təvəllüdlü Rəşad Müseyib oğlu Fərəcov, 1994-cü il təvəllüdlü Cavanşir Çingiz oğlu Fərzəliyev, 1995-ci il təvəllüdlü Orxan Namiq oğlu Allahverdiyev, 1997-ci il təvəllüdlü Elnur Nazim oğlu Hüseynov, 1989-cu il təvəllüdlü Elşən Vidadi oğlu Allahyarov və Hacıqabul sakini, 1997-ci il təvəllüdlü Fərid Bəhram oğlu Əliyev müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az