“Dünyasını dəyişmiş insanların seçici siyahısında qalmasına yol verməməliyik”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri ilə birgə müşavirədə deyib.
O qeyd edib ki, 2020-2023-cü illərdə yerli icra hakimiyyətləri tərəfindən 2,4 milyon ev təsərrüfatına baxış keçirilib:
“Növbədənkənar prezident seçkisi elan olunana qədər seçki hüququ olan vətəndaşların sayı 6 milyon 354 min 556 nəfər təşkil edib”.
Aysel Aslan
www.102info.az