Vüqar Qurbanov: “2023-cü ildə göstərilən tibbi xidmətlərin 59 faizinin regionların payına düşür“ – FOTO

Cəmiyyət


“2023-cü ilin yanvar-noyabr aylarında tabeli tibb müəssisələrində 4,8 milyon vətəndaşa xidmət göstərilib. 2022-ci ilin yanvar-noyabr ayları ərzində bu rəqəm 4,4 milyon olub”.

Oxu.Az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov TƏBİB-in fəaliyyətinin 5 illiyinə həsr olunan hesabat konfransında deyib.

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib ki, 2023-cü ilin yanvar-noyabr ayları ərzində tibb müəssisələrinə ümumi müraciətlərin sayı isə 20,3 milyon təşkil edib:

“2022-ci ildə bu rəqəm 16,3 milyon olub. Bu müddətdə vətəndaşlara 63,9 milyon (55,3 milyon ambulator, 8,6 milyon stasionar xidmətlər olmaqla), 2022-ci il üzrə isə 40,2 milyon (33,9 milyon ambulator, 6,3 milyon stasionar xidmətlər olmaqla) xidmət göstərilib.

2023-cü ilin yanvar-noyabr ayları ərzində göstərilən laborator xidmətlərin sayı 23,4 milyon (19,6 milyon ambulator, 3,8 milyon stasionar olmaqla) olub. 2022-ci ilin eyni dövrü ərzində isə bu rəqəm 10,7 milyon (8,2  milyon ambulator, 2,5 milyon stasionar olmaqla) təşkil edib.

2023-cü ilin yanvar-noyabr ayları ərzində icra olunan əməliyyatların sayı 338 min, 2022-ci ilin yanvar-noyabr aylarında isə 296 min olub”.

İcraçı direktor 2023-cü ildə göstərilən tibbi xidmətlərin 59%-nin regionların payına düşdüyünü vurğulayıb.

Daha çox foto burada: PhotoStock.az

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir