Xidmətlər Zərfində yer alan tibbi xidmətlərin neçə faizi TƏBİB tabeli müəssisələrdə icra edilir?

Cəmiyyət


“İcbari tibbi sığortanın Xidmətlər Zərfində yer alan tibbi xidmətlərin 90 faizindən çoxu TƏBİB-in tabeliyində olan tibb müəssisələrində icra edilir”.

Oxu.Az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov qurumun fəaliyyətinin beş illiyinə həsr olunan hesabat konfransında deyib.

O bildirib ki, icbari tibbi sığortanın tətbiqinə başlayanda 1 829 tibbi xidməti ödənişsiz əldə etmək olurdu:

“Bu gün isə Xidmətlər Zərfindəki xidmət sayı 81% artırılaraq 3 315-ə çatdırılıb. İcbari tibbi sığorta təminatına alınmış 3 315 sayda tibbi xidmətin 90 faizindən çoxu isə TƏBİB-in tabeliyində olan tibb müəssisələrində icra edilir.

634 sayda ambulator tibbi xidmətlərin 98%-i, 931 sayda laboratoriya xidmətlərinin 100%-i, 77 sayda fizioterapiya və reabilitasiya xidmətlərinin 100%-i, 266 sayda stasionar terapevtik xidmətlərin 99%-i, 1 334 sayda stasionar cərrahi xidmətlərin 70%-i, həmçinin ilkin səhiyyə və təcili və təxirəsalınmaz tibbi yardım xidmətlərinin 100%-i icra edilir”.

V.Qurbanov yeni əlavə edilən xidmətlərin sırasında böyrək, qaraciyər, sümük iliyi transplantasiyası əməliyyatlarının olduğunu da xatırladıb:

“Hazırda bu əməliyyatlar, əsasən, icbari tibbi sığorta çərçivəsində müqaviləli özəl tibb müəssisələrində icra olunsa da, gələcəkdə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində də belə əməliyyatların keçirilməsi nəzərdə tutulub. Növbəti illərdə sümük iliyi transplantasiyası əməliyyatının Yeni Klinikada tətbiqi planlaşdırılır. Bunun üçün artıq həkim-cərrahlarımız Türkiyədə təlimə göndəriliblər”.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir