Azad edilmiş ərazilərə köçürülənlər harada səs verəcəklər?

Cəmiyyət


“Növbədənkənar prezident seçkisinə qədər işğaldan azad edilmiş ərazilərə köçürülmə olarsa, onlar elə orada səs verə biləcəklər”. 

Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, qanunvericiliyə əsasən, seçici 6 ay ərzində yaşadığı yer üzrə qeydiyyata alınır:

“Hazırda azad edilmiş ərazilərdə 23 mindən çox seçici var. Yeni seçicilər gedərlərsə, köç olarsa, altı ay tamamlanmasa da, biz onları qeydiyyatdan çıxma vəsiqəsi ilə təmin edəcəyik ki, orada səs verə bilsinlər”. 

Aysel Aslan

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir