Bakıda iki maşın yanıb

Cəmiyyət


Bakı şəhərinin Yasamal rayonunda FIAT markalı minik avtomobilinin yanar konstruksiyaları, “Mercedes-Benz” markalı minik avtomobilinin arxa hissəsi və işıqlandırma cihazları əriyib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Mercedes”in qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

www.102info.az