Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ofisləri Xankəndi, Xocalı və Əsgəranda fəaliyyət göstərəcək.
“Report” xəbər verir ki, bunu Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, mövcud infrastruktur dəyərləndirildikdən sonra Xankəndi, Xocalı və Əsgərənda ofislərin fəaliyyətə başlaması gözlənilir.
“Məsələnin hərtərəfli müzakirəsi yəqin ki, gələn il olacaq”, – N.Aslan vurğulayıb.
10:47
İşğaldan azad olunmuş torpaqlarda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) ofisləri fəaliyyət göstərəcək.
“Report” xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev Cəmiyyətin növbədənkənar keçirilən XXVI Baş Məclisində hesabat tədbirində çıxışı zamanı deyib.
“Böyük Qayıdış” layihəsi çərçivəsində AzQAC-ın üç şəhərdə ofis inşa etməsi gözlənilir.
www.102info.az