Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda din adından istifadə edən radikal ekstremist qruplara qarşı mübarizə aparıldığını bildirib.
“Report”un məlumatına görə, o, jurnalistlərə açıqlamasında deyib ki, heç bir din nə radikalizm, nə də ekstremizmə çağırış etmir:
“Azərbaycanda din adından istifadə edən radikal ekstremist qrupların aradan qaldırılması üzrə işlər davam edir. Onlar din adından istifadə edirlər. Heç bir din nə radikalizm, nə də ekstremizmə çağırış etmir. Bütün dinlər sülhə, əmin-amanlığa çağırır. Amma din adından sui-istifadə edənlər var. Bu cür halların aradan qaldırılması üçün geniş maarifləndirmə işləri də aparılır”.
www.102info.az