Kiyevə dron hücumu zamanı zərərçəkənlər arasında soydaşlarımız da var – FOTOREPORTAJ

Cəmiyyət


Ukrayna paytaxtı Kiyev ötən gecə növbəti dron hücumlarına məruz qalıb. Zərərçəkənlər arasında həmyerlilərimiz də var. Yaşayış evləri ciddi zərər görən həmyerlilərimiz, xoşbəxtlikdən, evlərində olmadıqları üçün insan itkisi olmayıb. Buna baxmayaraq, mülki şəxslər arasında yaralananlar var.

Kiyev Hərbi Administrasiyasının sözçüsü Mixail Şamanov “Report”un Şərqi Avropa bürosuna vəziyyəti şərh edərək bildirib ki, bu, Ukrayna paytaxtına son altı gündə üçüncü, bütövlükdə dekabr ayı ərzində isə beşinci hücumdur:

“Rusiya İran istehsallı “Shahed” dronları ilə hücum edir, yenə infrastruktur və yaşayış məhəllələrini hədəfə alır. Dronlardan biri Kiyevin Solomensk rayonunda bədbəxt hadisəyə səbəb olub – çoxmərtəbəli evin sonuncu üç mərtəbəsində yanğın baş verib, digər üçündə isə pəncərələr sınıb”.

“İlkin məlumatlara görə, iki nəfər müxtəlif dərəcəli kəsik xəsarətləri alıb, bir nəfər hospitala yerləşdirilib. Darnitsk rayonunda dronun hissələrinin düşməsi qeydə alınıb. Orada ikimərtəbəli şəxsi evdə yanğın baş verib, xəsarət alan yoxdur. Qoloseyevsk rayonunda da dron hissələrinin düşməsi olub, xəsarət yoxdur”, – Şamanov əlavə edib.

“Report”un əməkdaşı hücumun nəticələri ilə bağlı fotoreportaj hazırlayıb:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir