Azərbaycan Yazıçılar Birliyi (AYB) İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyir.
“Report” xəbər verir ki, bu barədə qurumun sədri, Xalq yazıçısı Anar Rzayev Yaradıcı ittifaqların və mədəniyyət xadimlərinin l qurultayında bildirib.
Onun sözlərinə görə, yeni il Azərbaycanın mədəniyyət sahəsində mühüm hadisələrlə yadda qalacaq:
“Gələn il AYB-nin 90 illiyi qeyd olunacaq. Yazıçılar Birliyinin tarixində qara səhifələr, ağır günlər də olub. Amma bununla bərabər sovet dövründə Azərbaycan ədəbiyyatını yaşadan AYB olub. 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanmışıq. Bu qələbədə başda Ali Baş Komandan İlham Əliyev olmaqla həm də ədəbiyyatın, incəsənətin də rolu var. Gələn il fevralın 7-də növbədənkənar prezident seçkisi keçiriləcək. Biz hər zaman olduğu kimi Ali Baş Komandan İlham Əliyevi dəstəkləyir və onun yanında olduğumuzu bildiririk”.
www.102info.az