Dekabrın 15-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə start götürən Çövkən Milli Atüstü oyunu üzrə “Prezident Kuboku” turnirinin yarımfinal oyunları baş tutub.
Günün ilk oyununda “Polad” komandası “Omar” komandasına 4:1 hesabı ilə qalib gələrək finala yüksəlib. Digər yarımfinal oyununda isə “Sərhədçi-Qarabağ” komandası “Sərhədçi-Dilbaz” komandasına minimal hesabla qalib gələrək finalda “Polad” komandasının rəqibi olub.
Turnirin final oyunları 24 dekabr 2023-cü il tarixdə saat 11:00-dan etibarən keçiriləcək.
Günün ilk oyununda “Sərhədçi-Dilbaz” komandası “Omar” komandası ilə turnirin 3-cüsünü müəyyən edəcək. Kubokun sahibini isə “Polad” və “Sərhədçi-Qarabağ” komandaları müəyyən edəcək.
Final oyununun ardınca turnir iştirakçılarının təltif mərasimi keçiriləcək.
www.102info.az