Bakının Yasamal rayonu, Hüseyn Cavid parkının ətrafında gölməçə yaranıb.
“Trend” xəbər verir ki, parkın ətrafında olan su xətlərindən birinin partlaması nəticəsində ətrafda kiçik gölməçə əmələ gəlib.
Belə ki, artıq sözügedən ərazidə bir neçə gündür həmin vəziyyət müşahidə olunur.
“Azərsu”dan bildirilib ki, hadisə ilə bağlı məlumatları var.
“Müvafiq icazələr alındıqdan sonra zədələnmiş xətlərin bərpası işləri görüləcək”, – məlumatda qeyd edilib.
Həmin görüntüləri təqdim edirik:
www.102info.az