Gəncədə qadını avtomobil vurub

Cəmiyyət


Gəncədə piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə hadisə şəhərin Tağı Arani küçəsində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən orta yaşlı qadını vurub.

Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

www.102info.az