Balakəndə oğul atasını qətlə yetirib çaya atdı – TƏFƏRRÜAT + VİDEO

Cəmiyyət


Dekabrın 23-də saat 12:30 radələrində Balakən rayonu ərazisində 1975-ci il təvəllüdlü Qəhrəman İlyas oğlu Bayramovun kəsici alətlə qətlə yetirilməsi barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə məlumat daxil olub.

Atasını qətlə yetirməkdə şüphəli bilinən yeniyetmə Cavid Bayramovun törətdiyi qətlin təfərrüatı məlum olub.

Belə ki, hadisə şahidi olan qonşu Adil Qarakişiyev bildirib ki, Cavidin ailəsi ilə problemi olmayıb. Onu tərbiyəli şəxs kimi tanıyıblar.

Mərhumun bacısı Zəminə Bayramovanın sözlərinə görə isə, qardaşını balta ilə öldürdükdən sonra meyitini rayon ərazisindəki Mazımçaya atıblar.

Qeyd edək ki, mərhum Qəhrəman Bayramov bir neçə gün öncə həbsxanadan çıxıbmış.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetində:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir