Goranboyda zəhərlənmə faktı qeydə alınıb.
APA-nın məlumatına görə, hadisə rayonun Ağcakənd qəsəbəsində baş verib.
Qəsəbə sakinləri olan iki yeniyetmə qız yaşadıqların evin vanna otağında dəm qazında zəhərlənib. Onlar dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin normal olduğu bildirilir.
www.102info.az