Vətəndaşa verilən inəyin yıxılması görüntüsü gündəm oldu: Agentlik açıqlama yaydı – FOTO/VİDEO

Cəmiyyət


Özünüməşğulluq proqramına qoşulmuş Balakən rayon sakini Zaur Ömərova 2022-ci ilin iyun ayında aktivlərin (malların) təqdim olunması zamanı çəkilən videogörüntülər Dövlət Məşğulluq Agentliyi tərəfindən araşdırılıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya Departamentinin direktoru Mayis Musayev məlumat yayıb.

“Bildiririk ki, Z.Ömərov istəyinə uyğun olaraq “Maldarlıq təsərrüfatı” zərfi üzrə özünüməşğulluq proqramına qoşulub, 2022-ci ilin iyun ayında üç baş inək və 400 kq qarışıq yemlə təmin edilib.

Zaur malları şəxsən özü seçərək, razılığını bildirərkən yük avtomobilində heyvanlardan birinin yıxılması görüntüsü düzgün olmayan fikirlərin yaranmasına səbəb olub. Belə ki, inəklərin aparılması üçün gətirilən avtomobilin yük yeri kiçikhəcmli olduğundan sıxlıq yaranıb, biri büdrəyərək yıxılıb. Aktivlər vətəndaşa tam sağlam, baytar sənədi əsasında təhvil verilib.

Ona verilən heyvanlardan heç bir narazılıq və bu barədə hər hansı müraciət olmayıb.

2022-ci ilin dekabrında Zaur Ömərovun özünüməşğulluq fəaliyyətinin dəyərləndirilməsi məqsədilə keçirilmiş baxış zamanı həyat yoldaşı verilmiş aktivləri artıq satdıqlarını, Zaurun isə Rusiya Federasiyasında işlədiyini bildirib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir