Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Belə ki, hərəkətdə olan TIR VAZ-2107 markalı minik avtomobilinə çırpılıb. Nəticədə həmin maşın “Opel” markalı avtomobillə toqquşub.
Qəza zamanı maşınlara ciddi ziyan dəyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, üç avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan olmayıb.
İlhamə Əbülfət
www.102info.az