Naxçıvanda yağışdan sonra fərdi evi su basıb.
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri, Əliabad qəsəbəsində vətəndaşa məxsus fərdi yaşayış evinin zirzəmisinə dekabrın 24-də gecə saatlarında yağış yağması nəticəsində su dolması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-nin müvafiq qüvvələri cəlb olunub. Görülən tədbirlər nəticəsində subasmaya məruz qalan evin zirzəmisindən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.
Ətraflı Baku TV-nin süjetində:
www.102info.az