Pirotexniki vasitələrin satışını təşkil edənlər aşkarlanıblar – FOTO

Cəmiyyət


Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı pirotexniki maddələrin gizli şəkildə satışı ilə məşğul olan rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, onun fəaliyyət göstərdiyi ərzaq mağazasına baxış keçirilən zaman külli miqdarda pirotexniki vasitələr və aksiz markaları ilə markalanmamış siqaret qutuları aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayon sakini Ş.Abusovun qeyd edilən qayda pozuntusuna yol verdiyi və rayon ərazisində qanunsuz olaraq pirotexniki vasitələrin satıldığı müəyyən edilib.

Sonuncu tərəfindən satılan pirotexniki vasitələr şöbə əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.

Polis əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində respublika ərazisində nəzarət-profilaktik tədbirlər davam etdirilir.  

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, dekabrın 25-də Baş İctimai Təhlükəsizlik  İdarəsi əməkdaşlarının Ucar şəhəri ərazisində keçirdikləri tədbir zamanı yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin satışını təşkil edən 2 nəfər müəyyən edilib və oradan 918 ədəd müxtəlif növ pirotexniki vasitə aşkar olunaraq götürülüb.

Həmin şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Polis əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Qaradağ rayonunda yerləşən iri ticarət mərkəzlərindən birində pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 4 nəfər müəyyən olunaraq məsuliyyətə cəlb edilib. 

Onlardan yüksək səs effektləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkar edilərək götürülüb. Qaradağ Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir