Oğuzda güclü külək irigövdəli ağacı park ərazisinə aşırıb.
“Report”un məlumatına görə, hadisə axşam saatlarında veteranlar parkının həyətində qeydə alınıb.
Nəticədə parkdakı söhbətgahın dam örtüyünə ziyan dəyib.
Qeyd edək ki, hazırda rayon ərazisində güclü külək əsir.

www.102info.az