Naxçıvan şəhərində Əziz Əliyev küçəsini su ilə təmin edən magistral xətdə qəza baş verib.
“Report” xəbər verir ki, nəticədə bir neçə binaya suyun verilişi dayandırılıb.
Hadisə bu gün axşam saatlarında qeydə alınıb. Qəzaya səbəb əvvəlki illərdə istismara verilən boru xəttində qaynaq birləşmələrinin keyfiyyətsiz olmasıdır. Boru xəttinin partlaması nəticəsində ərazidə yerləşən 43, 45 və 47 nömrəli binalara içməli suyun verilişi dayandırılıb.
Naxçıvan şəhər su və kanalizasiya idarəsinin əməkdaşları ərazidə təmir-bərpa işlərinə başlayıblar.
www.102info.az