Şəmkirdə mübahisə düşüb, üç nəfər xəsarət alıb

Cəmiyyət


Şəmkir rayonunda həmkəndlilər arasında mübahisə düşüb, üç nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, Morul kəndində M.Mayılovla həmkəndliləri – Y.Sadıqov və N.Zeynalova arasında yaranmış mübahisə zəminində tərəflər bir-birinə xəsarət yetirib.

Hər üçü xəstəxanaya yerləşdirilib.

Onların vəziyyəti kafi və qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az