“2018-ci ildən Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak etmiş 4 594 namizəddən 1 401 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib”.
Oxu.Az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Vəkil günü” peşə bayramı ilə bağlı təntənəli mərasimdə çıxışı zamanı deyib.
O qeyd edib ki, bu gün vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş 44 namizəd vəkil andı içərək Kollegiyaya qəbul olunub. Beləliklə, vəkillərin sayı 2 431 nəfərə çatıb.
Anar Bağırov qeyd edib ki, hazırda and içənlər sırasında Vətən müharibəsi iştirakçısı, qazi Elman Məcidov da var.
Nəzərə çatdırılıb ki, Elman Məcidov 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən 44 günlük müharibədə könüllü iştirak edib. Qazimiz Şuşa şəhəri uğrunda gedən döyüşlərdə yaralanıb. O, müharibədən sonra Prezident İlham Əliyev tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
İlhamə Əbülfət
www.102info.az