Ağdamda nəhəng mərkəzi park salınacaq

Cəmiyyət


Yenidən qurulan Ağdam şəhərinə köçürüləcək keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün bütün addımlar atılır.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yeni salınan yaşayış kompleksləri ilə yanaşı, Ağdam şəhərində beş hektar ərazidə mərkəzi park salınacaq. Mərkəzi parkın ümumi ərazisi dörd zonaya – Şəhər meydanı, Botanika bağı, Çəmənlik və Meşəlik zonalarına ayrılacaq:

“Burada mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq. Həmçinin, su oyun zonaları, çay evləri, istirahət və iaşə obyektləri, mədəni və öyrədici meydançalar, təhsil və sağlamlıq sahələri, aktiv oyun zonaları fəaliyyət göstərəcək. Müxtəlif ağac növlərinin və dekorativ kolların əkiləcəyi Ağdam şəhər Mərkəzi Parkında istirahət etmək, idmanla məşğul olmaq istəyənlər üçün hər cür şərait yaradılacaq. Park Ağdam sakinləri ilə yanaşı, şəhərin qonaqlarının, turistlərin istirahəti üçün də ən gözəl məkanlardan biri olacaq”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir