Bakının Xətai rayonunda 28 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Toğrul Telman oğlu Rüstəmov xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az