Bu gün Azərbaycanın Xalq artisti, ictimai xadim Zeynəb Yəhya qızı Xanlarovanın doğum günüdür.
Oxu.Az xatırladır ki, görkəmli sənətkar 28 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olub.
O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü.Hacıbəyovun “Leyli və Məcnun” , “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb.
Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur. Zeynəb Xanlarova Azərbaycanın qadın xanəndələri arasında “Cahargah” muğamının ilk ifaçılarından biridir. Haqqında “Salam, Zeynəb!” adlı sənədli televiziya filmi çəkilib.
1961-ci ildən Opera və Balet teatrının solistidir. Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında müvafiq olaraq Leyli və Əsli obrazlarını yaradıb. Repertuarında muğam (Şahnaz, Mahur, Qatar, Bayatı-Şiraz və s.), təsnif və Azərbaycan xalq mahnıları, Azərbaycan bəstəkarlarının (Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Changirov, Arif Məlikov, Emin Sabitoğlu, Ələkbər Tağıyev və b.) və şərq xalqlarının mahnıları geniş yer tutub. O, həmçinin bir sıra mahnıların da müəllifidir. Dünyanın əksər ölkələrində konsertlər verib və bir çox dillərdə mahnılar ifa edib.
Azərbaycan SSR Ali Sovetinin XI, XII çağırış və Azərbaycan Respublikasının Milli Məclisinin I, II, IV və V çağırış deputatı olub.
O, 7 iyul 1967-ci ildə “Azərbaycan SSR Əməkdar artisti”, 24 mart 1975-ci ildə “Azərbaycan SSR Xalq artisti”, 15 mart 1978-ci ildə “Ermənistan SSR Xalq artisti”, 28 iyul 1980-ci ildə isə “SSRİ Xalq artisti” fəxri adına layiq görülüb.
2 iyul 1971-ci ildə “Şərəf nişanı”, 26 dekabr 1986-cı ildə “Xalqlar Dostluğu”, 27 dekabr 1996-cı ildə “Şöhrət”, 26 dekabr 2006-cı ildə “İstiqlal”, 26 dekabr 2016-cı ildə “Heydər Əliyev ordenlərinə layiq görülüb.
18 fevral 1986-cı ildə “Qızıl val” mükafatı (“Melodiya” firması), 26 aprel 1988-ci ildə Azərbaycan SSR Dövlət Mükafatı, 28 dekabr 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunub. 1 aprel 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
www.102info.az