Bu ilin sonunda Bakı şəhərinin bir sıra küçələrində sürətlə velosiped yolları çəkilməyə başladı. Bu zolaqlar məhz avtomobillər üçün nəzərdə tutulmuş hərəkət hissəsinin hesabına təşkil olunur.
Bloqer Anar Əliyev yeni videoreportajında paytaxt küçələrində çəkilən velosiped yollarından danışıb. O qeyd edib ki, velosiped üçün zolaqların çəkilməsi Bakı üçün haradasa urbanistik inqilabdır.
Bloqer Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin təmsilçisi Tərlan Səfərov və urbanist Arzu Süleymanovla birlikdə İstiqlaliyyət küçəsi və Azərbaycan prospektində gəzişərək, yeni velozolaqları ətraflı təhlil edib, sürücüləri və velosipedçiləri maraqlandıran məsələlərə toxunub.
Anar Əliyevin yeni vloqunu təqdim edirik:
www.102info.az