Güclü külək Zaqatalada fəsadlara səbəb olub.
APA-nın yerli bürosu xəbər verir ki, külək Zaqatala şəhərinin mərkəzində irigövdəli şam ağacını aşırıb.
Heydər Əliyev prospektində baş verən hadisə nəticəsində yol bağlanıb.
Hadisə nəticəsində Bakı şəhər sakini olan 1993-cü il təvəllüdlü Abbas Niftullayevin xəsarət aldığı bildirilir.




www.102info.az