Xızı rayonunda görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin Xatirə Muzeyinə gedən körpü uçub.
Sözügedən məsələ ilə əlaqədər Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Xızı rayonunun Sayadlar kəndində fəaliyyət göstərən Mikayıl Müşfiqin Xatirə Muzeyinə gediş-gəlişi təmin edən körpü təbii fəlakət nəticəsində yararsız hala düşüb.
“Bu hadisə mədəniyyət müəssisəsinin binasına ziyan vurmayıb”, – deyə sorğuya cavabda qeyd olunub.
Nazirlik yol infrastrukturunun bərpası ilə bağlı müvafiq qurumlar tərəfindən zəruri tədbirlərin görüldüyünü də əlavə edib.
www.102info.az