Biləsuvarda avtomobil dörd nəfəri vurub

Cəmiyyət


Biləsuvar rayonunda dörd piyadanı avtomobil vurub.

“Report”un məlumatına görə, rayon sakini Rəfail Qubadov idarə etdiyi “Nissan X Trail” markalı avtomobillə şəhər ərazisində Nemət Məmmədovu, Nurlan Abdullayevi, Səyyar Paşayevi və Zabil Mirzəyevi vuraraq xəsarət yetirib.

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az