Saatlının Qara Nuru kəndində sakinlər yolların bərbad olmasından şikayətçidirlər.
Birinci Qarabağ müharibəsi şəhidi Zahid Əsgərovun adını daşıyan küçənin sakinləri bildiriblər ki, yollar illərdir bu vəziyyətdədir.
Onların sözlərinə görə, məsələ ilə bağlı İcra Hakimiyyətinə müraciət etsələr də, müəyyən vədlər verilib, amma problem həll olunmayıb:
“Dəfələrlə sakinlərin özləri 10 manatdan vəsait toplayıblar. Yağış yağanda uşaqlar bir həftə, 10 gün məktəbə gedə bilmirlər. Təcili tibbi yardım vaxtında xəstənin yanına çata bilmir”.
Məsələ ilə bağlı bələdiyyə sədri bildirib ki, üç-dörd il əvvəl vətəndaşların müraciəti əsasında əraziyə çınqıl daşları tökülüb:
“Gücümüz çatan qədər yolu təmir etməyə çalışırıq. Amma asfalt çəkməyə büdcəmiz yoxdur”.
Ətraflı Baku TV-nin süjetində:
www.102info.az