Ucarda ağır yol-nəqliyyat hadisəsi baş verdi: Ölən var – FOTO

Cəmiyyət


Ucarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə Ucar-Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində qeydə alınıb.

VAZ-2106 markalı minik maşını yolu keçən piyada, Qazyan kənd sakini Cəbrayil Mürsəl oğlu Mürsəlovu vurub. Ağır xəsarət alan C.Mürsəlov hadisə yerində ölüb.

Fakt araşdırılır.

www.102info.az