Bakıda 9-cu mikrorayonda yol çöküb.
Oxu.Az xəbər verir ki, Mir Cəlal küçəsində yolun çökməsi həmin istiqamətdə nəqliyyatın hərəkətinə maneə yaradıb. Əraziyə DYP əməkdaşları cəlb ediliblər.
AAYDA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, agentliyin əməkdaşları və aidiyyəti qurumun əməkdaşları ərazidədirlər: “Hazırda çökmüş ərazidə qazıntı işləri aparılır.
Problemin yaranma səbəbi yerindəcə müəyyən edilib aradan qaldırılacaq. Daha sonra gün ərzində agentliyin əməkdaşları tərəfindən sözügedən əraziyə yeni asfalt-beton örtüyü döşənəcək”.
Könül Cəfərli
www.102info.az