Zərdabda qəza: Ölən və xəsarət alan var

Cəmiyyət


Zərdabda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA -nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında Ucar-Zərdab yolunun Zərdab rayonunun Çallı kəndindən keçən hissəsində qeydə alınıb.

“QAZel” markalı yük maşını ilə “Toyota Prius” markalı minik maşını toqquşub. Nəticədə minik maşınının sürücüsü, Ucar rayonunun Xalac kənd sakini, 1995-ci il təvəllüdlü Həsən İsa oğlu Cəfərov hadisə yerində ölüb. Yük maşınının sürücüsü, Zərdab rayonunun Çallı kənd sakini Sadiq Qiyas oğlu Qinyazlı isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir