Dövlət hesabına hüquqi yardım göstərən vəkillərin sayı açıqlandı: Ödəniş təmin edildi

Cəmiyyət


2023-cü il ərzində dövlət hesabına hüquqi yardıma görə ümumilikdə 39 830 qərarın icrası Azərbaycan Vəkillər Kollegiyası tərəfindən təmin edilib.

Bu barədə Kollegiyanın sədri Anar Bağırov məlumat verib.

O bildirib ki, icrası təmin olunan qərarlar üzrə ümumilikdə 4 999 982,10 manat (bank xidməti də nəzərə alınmaqla) vəsaitin 97 vəkil qurumuna və 38 fərdi qaydada fəaliyyət göstərən vəkilə, ümumilikdə isə 973 vəkilə ödəniş edilməsi təmin olunub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir