Gəncədə yaşayış binasında yanğın: Xəsarət alanlar var

Cəmiyyət


Gəncədə yaşayış binasında yanğın baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Atatürk prospektində yerləşən yaşayış binasında qeydə alınıb.

Sözügedən ünvanda yerləşən yaşayış binasında anidən yanğın olub. Hadisə yerinə FHN-in yanğınsöndürmə avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Binadan 16 nəfər təxliyə edilib.

Yanğın zamanı xəsarət alanların olduğu bildirilir.

www.102info.az