Bakı təmizliyi ilə Nyu-York və Parisə meydan oxudu – FOTO

Cəmiyyət


“Dünyanın və Avropanın aparıcı dövlətlərinin iri şəhərləri ilə Bakını müqayisə edəndə böyük fərq nəzərə çarpır. Əgər Fransanın paytaxtı Parisdəki qalaq-qalaq zibil yığılması adi hala çevrilibsə, Nyu-York şəhərində Yeni il şənliyindən sonrakı vəziyyət daha acınacaqlı idi. Avropanın digər paytaxt şəhərlərində də vəziyyət heç də ürəkaçan olmayıb”.

Bu fikirlər Bakı Şəhər İcra Hakimiyyətinin məlumatında yer alır.

Qeyd olunur ki, dekabr ayının 31-dən yanvarın 1-nə keçən gecə Bakının mərkəzində  keçirilən bayram şənliklərində rekord sayda şəhər sakini və bir çox xarici ölkələrdən paytaxtımıza gələn qonaqlar iştirak ediblər.

“Yeni il ərəfəsində paytaxtın küçə, park və meydanları, əsas magistral yol və prospektlər, yol kənarlarının bayramsayağı bəzədilməsi və işıqlandırılması şəhərimizə xüsusi gözəllik verib.

Keçirilən bayram tədbirlərinin kulminasiyası Dənizkənarı Milli Parkın ərazisində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilmiş atəşfəşanlıq olub ki, onu rekord sayda sakin və şəhərimizin qonaqları maraqla izləyiblər.

Bayram günlərində xüsusi gücləndirilmiş iş rejimində çalışmış şəhərin kommunal xidmətlərinin əməkdaşlarının əməyi xüsusi qeyd edilməlidir.  Nəticədə artıq yanvarın 1-i saat 6:00-da şəhərin park, meydan və küçələrində tam təmizlik hökm sürürdü. Yüzminlərlə insanın iştirak etdiyi Yeni il şənliklərindən sonra qısa müddətdə şəhərdə sanitar təmizliyin yaradılmasını təmin edilib”, – deyə məlumatda bildirilir.

BŞİH-dən bayramdan sonrakı Bakı, Nyu-York və Parisin fotoları da təqdim edilib:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir