Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 145 il ötür. Ölkəmizdə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.
“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış edibilər. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb.
O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.
Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik , internet televiziya inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.
Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər.
Azərbaycanda Mətbuat Şurasının formalaşması media sahəsində pərakəndəliyi aradan qaldırmağa müvəffəq olub, Jurnalistlərin Peşə Kodeksinin yaradılması isə media qurumları arasında problemlərin həllinə müsbət təsir göstərib.
Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyidir.
Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.
Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün yaşayış binası tikilib və təhvil verilib.
Azərbaycan Konstitusiyasında söz və mətbuat öz azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Sözsüz ki, bütün bu proseslərin əsas iştirakçıları, əldə olunan nəticələrin əsas səbəbkarları Azərbaycan jurnalistləridir.
Bu gün də, ölkədə və xaricidə baş verən xəbərləri ictimaiyyətə doğru düzgün, real və operativ çatdıran sayt, qəzet əməkdaşları olan yüzlərlə jurnalistlərimiz var.
Mən həmkar dostlarımı, qələminə hörmət etdiyim peşəkar jurnalistlərimizi təbrik edirəm, bu gün çətin dövrdə, media sahəsində görülən işlərin, eləcə də mövcud problemlərin işıqlandırılmasında , korantin dövründə, çətin olsa da , jurnalistlər hər zaman öz işi başındadır.
Bu gün ölkəmizin rəhbəri cənab İlham Əliyev mətbuat qurumlarının zəhmətini dəyərləndirir, televiziya, xəbər saytlarını izləyir, bəzi mövcud probləmləri işıqlandırılanda dərhal , problemli məsələləri ilə maraqlanır, lazımi qərarlar, sərəncamlar verir, hər zaman tariximizin, mədəni irsimizin, idmanızın, incəsənətimizin təbliğində, dünyaya tanıdılmasında kütləvi informasiya vasitələrinin fəaliyyətini yüksək qiymətləndirir.
Həmçinin, hal -hazırda da böyük inkişaf mərhələsində biraz qapalı, tədbirli, Pandemiya zamanı məsafə saxlayırıq ,ehtiyyatlı olub, yoluxma əleyhinə daha diqqətli olmaq üçün tibbi maskalardan istifadə edirik. Azərbaycanı bu infeksion xəstəlikdən qorumaq üçün bütün təqdirə layiq planlar həyata keçirilir.
Azərbaycanın gələcəyi daha parlaqdır, insanların həyatı daha da , yaxşılaşacaq, iqtisadiyyatımız daha da güclənəcək, beynəlxalq müstəvidə nüfuzumuz daha da yüksələcək. Bütün bunların nəticəsi olaraq dövlətin gücünün və qüdrətinin artması bəlli xarici dövlətlərdə qısqanclıq yaradır. Bu səbəbdən də , ölkəmizə qarşı işğalçı millətin təxribatları davam edir, mənfur xislətləriylə mütəmadi qarışıqlıq salmağa, sərhəd bölgələrimizdə atəşgahı pozmağa çalışırlar. Amma bu cür təxribatların həmin an qarşısı alınır, Təxribatçılar qarşısına qoyduğu məqsədlərə nail ola bilmirlər. Çünki bizim güclü Ordumuz, yetərincə müdafiə gücümüz və bütün bunları daim öz nəzarətində , diqqətində saxlayan Ali baş komandanımız var.
Cəmiyyətimiz təxribata uymur, media nümayəndələrimiz təsdiq olunmuş xəbərlərlə , xalqımızı məlumatlandırır, dövlətlə eyni mövqedən məxvilik saxlanmaqla dərgilər dərc edir.
Prezident İlham Əliyevin siyasəti xalqımız tərəfindən birmənalı olaraq dəstəklənir. Çünki, bu siyasət xalqımızın rifahının yüksəlməsinə, dövlətimizin daha da ,möhkəmlənməsinə xidmət edir. Xalqın birliyi güclü amil rolunda daim öz ampulasındadır. Mətbuat da , KİV nümayəndələri daim bu reallıqları əks etdirir.
Qeyd edık ki, bu da çox mühüm amildir.
“Pandemiya “ dövründə bütün media təmsilçilərini Milli Mətbuat və Jurnalistika Günü münasibətilə təbrik edirəm, hər birinizə cansağlığı, məsuliyyətli işlərində yeni-yeni uğurlar arzulayıram.
Mətbuatın bu il -145 illik yubiley ili , Azərbaycanımızın -Qarabağımızın işğaldan azad olunması ili kimi qeyd olunsun ,” Qələbə” günü kimi 2020 ci ilin sıxıntılı, çətin günlərinin sonu Tariximizə yenidən Bütöv Azərbaycan adlı güclü dövlət, soy kökü olan məmləkət, ərazi bütövlüyü olan respublika yazılsın. Biz öz yurdumuz , torpağımız uğrunda igidlər şəhid verən xalqıq.
Əziz media nümayəndələri, informasiya savaşında qələminiz iti olsun, süngü kimi düşmən bağrını dəlib keçsin.
Hörmətli həmkarlarımız, mətin Mətbuat nümayəndələri ,məsuliyyətimiz, mənliyimiz kimi düz , əqidəmiz bir olmalıdır.
PS: Həmrəylik ,birlik varsa #bizbirlikdəgüclüyük
Raziyyə İmranqızı