Cəlilabadda “VAZ-2107” “QAZel”ə çırpılıb, xəsarət alanlar var

Cəmiyyət


Cəlilabad iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, yol nəqliyyat hadisəsi Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun Abdullu kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili yol kənarında dayanan “QAZel” markalı yük avtomobilinə çırpılıb.

Hadisə nəticəsində iki nəfər Cəlilabad rayon sakini xəsarət alıb. Onlardan biri – 1997-ci il təvəllüdlü Fərid Qərib oğlu Musayev ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir