İki ildə beş əməliyyat keçirən Onurun anası: “Müalicə üçün dəstəyə ehtiyacımız var” – FOTO

Cəmiyyət


İki yaşlı Onurun sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Aydan Vəlizadə məlumat verib.

O bildirib ki, övladı anadangəlmə hidrosefaliya xəstəliyindən əziyyət çəkir:

“Onur kiçik ömründə beş dəfə əməliyyat keçirib. Sonuncu əməliyyatı isə sizin saytın oxucularının dəstəyi ilə olunub. Onur xəstəliyi ilə bağlı normal gəzə, hərəkət edə bilmir. Həkimlər, müalicə edilərsə, bir az da olsa düzələcəyini deyirlər. Hazırda Onurun müalicəsi üçün 1 700 manata ehtiyacımız var. İnanın, əməliyyatlar boyu hər şeyimizi satmışıq, nə qızılım, nə başqa dəyərli əşyam qalıb. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 553-57-48

Kart: 5243 7544 4356 3737

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir