Güclü külək Mingəçevir şəhərində bir sıra fəsadlar törədib.
“Report”un məlumatına görə, şəhərin bəzi prospekt və küçələrində irigövdəli ağaclar aşıb.
Nəticədə nəqliyyat vasitələrinin hərəkətində qismən çətinlik yaranıb.
Bundan başqa, elektrik və rabitə təsərrüfatına zərər dəyib.
Küləyin şəhərdə yaratdığı fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti idarə və qurumlar tərəfindən işlər görülüb.
Qeyd edək ki, yanvarın beşi axşam saatlarında başlayaraq ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.
www.102info.az