Əməkdar artist Hüsniyyə Mürvətova: “Oğlanlar küçədə arxamca qaçırdılar” – FOTO

Cəmiyyət


Əməkdar artist Hüsniyyə Mürvətova xarici görünüşü ilə bağlı paylaşım edib.

OLAY yazır ki, sənətçi dostlarının onu dəyişdirmək istədiyini, lakin bununla razılaşmadığını bildirib:

“Bir dostum var, həmişə deyir ki, Hüsniyyə gəl sənin imicini dəyişək. Saçını kəsdir, nə bilim üzünə bəzi kiçik toxunuşlar edilsin. Neçə illərdir bu sözləri deyir. Deyirəm yox, mən aktrisayam, qoy, insanlar məni necə görüb qəbul ediblərsə, elə də qalım.

Gəncliyimdən məni uzun saçlarıma görə tanıyıblar. Hətta küçədə oğlanlar yeni-yeni səhnəyə çıxanda, arxamca qaçıb deyirdilər, uzun saçlı aktrisa. Mən yalnız səhnədə müxtəlif obrazlarda dəyişilə bilərəm. Və tamaşaçıları da həyatda deyil, səhnədə, filmlərdə təəccübləndirmək istəyirəm”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir