Stomatoloji kabinetlərdə hepatit, QİÇS və digər arzuolunmaz xəstəliklərə yoluxa bilərsiniz.
Xezerxeber.az-ın məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, QİÇS və hepatit C xəstəliklərinin yayılmasına təsir göstərən faktorlar arasında birinci yerdə stomatoloji xidmətlər dayanır. Mütəxəssislər də bildiriblər ki, dişlərin müalicəsi zamanı yol verilən səhlənkarlıq pasiyentin səhhətində ciddi fəsadlar yarada bilər.
Stomatoloqların sözlərinə görə, istənilən ciddi stomatoloji klinika alətlərin sterilizasiyasına məsuliyyətlə yanaşır. Ən azından ona görə ki, tibbi personalın da sağlamlığı bu alətlərin nə dərəcədə steril olmasından asıldır.
Mütəxəssislər məsləhət görüblər ki, virusdan qorunmaq üçün pasiyentlərin özləri də müalicə həkiminin qaydalara riayət edib-etmədiyinə diqqət yetirsinlər.
Daha ətraflı videomaterialı təqdim edirik:
www.102info.az