Corat bağlarının kanalizasiya problemi: Çirkab sular küçəyə axır – VİDEO

Cəmiyyət


Sumqayıtda Corat bağları adlanan yaşayış massivində kanalizasiya suları küçə ilə axır. Yollar, küçələr keçilməz hala düşüb.

Xezerxeber.az-ın məlumatına görə, kanalizasiya sularının yaratdığı üfunət hər tərəfə yayılır. Sakinlər deyirlər ki, yağışlı havalarda küçədən keçmək mümkün olmur. Hava küləkli olanda isə evlərin pəncərələrini bu üfunətə görə açıq qoya bilmirlər.

Onların sözlərinə görə, illərdir davam edən bu problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara da müraciət ediblər. Lakin, heç bir faydası olmayıb. Kanalizasiya xətlərini bir neçə dəfə öz daxili imkanları hesabına qursalar da, son vaxtlarda problem daha da böyüyüb.

Daha ətraflı süjetdə:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir